Xəzər Xəbər

Türkiyədə istehsal olunan 386 növ ərzaqda qatqı maddələri aşkar edilib

Dünya | 17:24 • 14 Yanvar 2020
Türkiyədə istehsal olunan 386 növ ərzaqda qatqı maddələri aşkar edilib

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən qatqılı qidalarla bağlı 2020-ci ilin ilk siyahısı ictimaiyyətə təqdim edilib.


AZƏRTAC xəbər verir ki, məlumata əsasən, ölkənin 229 şirkəti tərəfindən istehsal olunan 386 növ məhsulda dərman və bir çox digər qatqı maddələri aşkar edilib. Siyahıda müxtəlif firmalara aid qazlı və enerji içkiləri, yağ, bal, quru çay, pendir, şokolad, süd və ət məhsulları yer alır.


Bu məhsulların satışına qadağa qoyulub.

Xəbər lenti