Xəzər Xəbər

Misir parlamenti ölkədə fövqəladə vəziyyəti daha üç aylığına uzadıb

Dünya | 17:14 • 14 Yanvar 2020
Misir parlamenti ölkədə fövqəladə vəziyyəti daha üç aylığına uzadıb

Misirin Nümayəndələr Palatası yanvarın 14-də keçirdiyi iclasında ölkədə fövqəladə vəziyyətin daha üç aylığına uzadılması barədə qərar qəbul edib. 


Deputatlar bu qərarı üçdəiki səs çoxluğu ilə qəbul ediblər və qanun yanvarın 27-dən bütün ölkə ərazisində qüvvəyə minir.


Misirdə fövqəladə tədbirlər 2017-ci ilin aprelində - Tanta və İsgəndəriyyə şəhərlərində terror aktlarından sonra tətbiq edilib. Həmin vaxt dini ayinlər zamanı terrorçular tərəfindən 45 nəfər qətlə yetirilib, 120 insan isə yaralanıb. Bundan sonra xalq müraciət edən Prezident Əbdülfəttah əs-Sisi antiterror tədbiri kimi fövqəladə vəziyyət elan etmişdi və bu vəziyyət hər üç aydan bir uzadılır.


Güc strukturlarına böyük səlahiyyətlər verən fövqəladə vəziyyət rejimi 1981-ci ildən də tətbiq olunub və 2012-ci ildə ləğv olunub.

Xəbər lenti