Xəzər Xəbər

Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir

İqtisadiyyat | 14:29 • 16 Dekabr 2019
Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir

Hazırda Bakı gəmiqayırma zavodunda 6 layihə icra edilir.


Xezerxeber.az xəbər verir ki, bu barədə dekabrın 16-da zavodun baş meneceri İmanverdi Həsənov jurnalistlərə müsahibəsində deyib.


"Onlardan 4-ü tanker, 2-si isə bərə gəmisinin tikintisidir. Bir tanker artıq istifadəyə verilir, digərləri isə layihəyə uyğun vaxtda istismara veriləcək. Bir tankerin inşası 14 milyon dollara, bərə gəmisinin tikintisi isə 41 milyon dollara başa gəlir", - deyə İ.Həsənov qeyd edib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti