Xəzər Xəbər

Otellər üçün xüsusi konsepsiya hazırlanır VİDEO

Veb TV | 19:24 • 13 Dekabr 2019
Otellər üçün xüsusi konsepsiya hazırlanır

Dünyanın bir çox yerində otellər öz vətəndaşları üçün qiymətləri 20% daha ucuz təklif edir Bizdə isə hələlik bu tendensiya müşahidə edilmir. Azərbaycan Otellər Assosasiyası buna nail olmaq üçün xüsusi konsepsiya hazırlayır.

Türkiyədə otellər ölkə vətəndaşlarına 20 , Birləşmiş ərəb əmirliklərində isə 15 faiz endirimlə verilir. Ölkəmizdə isə turpaketlər vətəndaşlara elə turistlərə təklif edilən qiymətə satılır.

Dünyanın bir çox yerində bu tendensiya geniş yayılsa da nədənsə, bizdə yerli otellər buna təşəbbüs göstərmir.

Turizm üzrə ekspertlər isə bildirir ki, bu təcrübə illərlədir ki, bəzi ölkələrdə tətbiq edilir.Rezervasiya sistemlərində belə vətəndaşlar açıq aşkar bu fərqi görə bilirlər.

Turizm üzrə ekspert Elgün Babayev bildirir ki,xarici ölkələrdə otellər yerli və əcnəbi vətəndaşlar üçün müəyyən kvota ayırır.Otelin 70 faizi xarici turistlərə satılır ,digər 30 faizi də yerli vətəndaşlara nisbətən ucuz qiymətə verilir.

Dövlət turizm agentliyindən isə bildirdilər ki, Azərbaycan otellər assosasiyası bu məsələ ilə bağlı xüsusi konsepsiya hazırlayır. Otellərlə artıq bu məsələ ilə bağlı danışıqlar aparılır. Gələn ildən ölkəmizdə də yerli sakinlərə daha ucuz turpaketlərin təklif edilməsi nəzərdə tutulur.

Xəbər lenti