Xəzər Xəbər

Klublararası dünya çempionatı başladı

İdman | 17:14 • 12 Dekabr 2019
Klublararası dünya çempionatı başladı

Klublararası dünya çempionatı başlayıb.

Turnirin ilk dueli Qətərin "Əl Sədd” klubu ilə Yeni Kaledoniya təmsilçisi "İanqen” arasında gerçəkləşib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Əlavə vaxtda isə daha iki qol vuran "Əl Sədd” 3:1 hesablı qələbəyə sevinib.

Beləliklə, Qətər çempionu ikinci mərhələdə Meksika "Monterrey”i ilə qarşılaşacaq. Bu mərhələnin digər oyununda isə Tunisin "Esperans” klubu isə Asiya Çempionlar Liqasının qalibi "Əl Hilal” (Səudiyyə Ərəbistanı) üz-üzə gələcək.

Yarımfinalda UEFA Çempionlar Liqasının qalibi "Liverpul” (İngiltərə) ilə "Monterrey” - "Əl Sədd” cütünün qalibi üz-üzə gələcək. "Esperans” - "Əl Hilal” cütünün qalibi də KONMEBOL-da çempion olmuş "Flamenqo”yla (Braziliya) münasibətlərinə aydınlıq gətirəcək.

Klublararası DÇ dekabrın 21-nə qədər davam edəcək. Turnirin həlledici görüşü Qətərin paytaxtı Dohada yerləşən "Education City” stadionunda baş tutacaq. Final görüşü ilə yanaşı, bir yarımfinal matçı və 3-cü yer uğrunda oyun da məhz "Education City” stadionunda keçiriləcək.

Fanat.Az

Xəbər lenti