Xəzər Xəbər

DƏM QAZI FACİƏSİ - 4 nəfər zəhərləndi: 32 yaşlı qadın öldü - VİDEO

Veb TV | 20:30 • 9 Dekabr 2019
DƏM QAZI FACİƏSİ -

Gəncədə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib, onlardan bir nəfər ölüb.Bərdə isə ana və uşaq hamamda dəm qazından zəhərlənib.azyaşlı dünyasını dəyişib.

Dəm qazı ölümə səbəb oldu.

Zəhərlənmə hadisəsi Gəncə şəhərinin Gülüstan qəsəbəsində qeydə alınıb. 35 yaşlı Şirin Qasımov, 32 yaşlı Jalə Qasımova, ailənin övladları - 7 yaşlı Nigar Qazımzadə və 5 yaşlı Elçin Qasımzadə yaşadıqları evdə dəm qazından zəhərləniblər. Nəticədə 32 yaşlı qadın təcili tibbi yardım xidməti gələnə qədər dünyasını dəyişib. Digərləri isə xəstəxanaya yerləşdirilib. Xəstələrin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Bərdə rayonunda da bənzər hadisə olub.6 yaşlı rayon sakini Ayşə Hüseynli hamamda çimərkən dəm qazından zəhərlənərək ölüb. Hadisə zamanı uşağın anası Aynur Hüseyinova da hamam otağında olub.Qadın zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olaraq qalır..

Hər 2 faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti