Xəzər Xəbər

Keçmiş arvadını geri qaytara bilməyən ər onu və qardaşını bıçaqladı Bakıdakı qanlı cinayətin təfərrüatı

Hadisə | 17:21 • 9 Dekabr 2019
Keçmiş arvadını geri qaytara bilməyən ər onu və qardaşını bıçaqladı

Bakının Binəqədi rayonunda bacı-qardaşın zərər görməsi ilə nəticələnən qanlı cinayətin təfərrüatı məlum olub.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Qeyd edək ki, dekabrın 7-də Rəsulzadə qəsəbəsində 31 yaşlı Elmar Mərdan oğlu Qırxlarov 21 yaşlı Ayşən Abil qızı Qırxlarova və 25 yaşlı qardaşı İlkin Abil oğlu Mənsimliyə bıçaq zərbəsi endirib.

Həkimlər Ayşənin tibbi ekspertizası zamanı bədənində - ikisi qarın nahiyəsində olmaqla, yeddibıçaq zərbəsi aşkar ediblər.

İkinci zəzərçəkmişin də qarın nahiyəsində iki bıçaq zərbəsi aşkarlanıb.

Yaralılar ağır vəziyyətdə 1 saylı Klinik Xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən saxlanılıb. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərərvurma) ilə cinayət işi açılıb.

İstintaq zamanı cinayətin qısqanclıq zəminində törədildiyi müəyyən edilib. Məlum olub ki, E.Qırxlarov A.Qırxlarovanın keçmiş əridir. Sonuncuonu tərk edərək, qardaşı ilə yaşayıb.

Qırxlarov keçmiş həyat yoldaşını geri qaytarmaq üçün İ.Mənsimlinin evinə gəlib, lakin müqavimət göstərən qadına bıçaqla hücum edib. Onun hadisəyə müdaxilə edən qardaşını da yaralayıb.

Faktla bağlı araşdırma davam edir.

Xəbər lenti