Xəzər Xəbər

Rusiya ilə Türkiyə yeni saziş imzalayacaq – Sensasiyalı iddia

Dünya | 14:23 • 6 Dekabr 2019
Rusiya ilə Türkiyə yeni saziş imzalayacaq

Rusiyanın Türkiyə ilə S-400 sistemlərinin satışı ilə əlaqədar yeni saziş imzalanacağına dair iddia irəli sürülüb.

Bu barədə Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Xidmətinin rəisi Dmitri Şuqayev məlumat yayıb:

"Bu istiqamətdə sistematik işləyirik. Ən əsas, bu sahədə əməkdaşlığı davam etdirmək üçün hər iki tərəf qətiyyət nümayiş etdirir”.

Xatırladaq ki, Türkiyənin Rusiyadan S-400 zenit raket komplekslərini satın alması ABŞ-la münasibətlərdə gərginlik yaradıb./teleqraf

Xəbər lenti