Xəzər Xəbər

Milli Məclisin növbəti iclası keçirilib - VİDEO

Veb TV | 20:21 • 2 Dekabr 2019
Milli Məclisin növbəti iclası keçirilib -

Dekabrın 2-də Milli Məclisin növbəti iclası keçirilib.


Xezerxeber.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsələ müzakirə edilib.


İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirib ki, Yeni Azərbaycan Partiyası noyabrın 28-də Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkinin keçirilməsi haqqında müraciət edərək iclasın çağırılmasını xahiş edib. Sədr deyib ki, Milli Məclisin qanunvericiliyə uyğun olaraq məsələni müzakirə edərək qərar qəbul etmək səlahiyyətləri var: "Bu baxımdan da bugünkü iclasın gündəliyinə bir məsələ daxil edilib ki, bu da Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsidir”.


Oqtay Əsədov qeyd edib ki, Azərbaycanda Nazirlər Kabineti, idarəetmə orqanları, dövlət həyatının bütün sahələrində həyata keçirilən kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsi, parlamentin yeniləşməsini zəruri edib.


Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məsələ ilə bağlı deputatlara müraciət edib. 


Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəlikdəki məsələni hüquqi cəhətdən təhlil edib.


Daha sonra müzakirələr başlayıb.


Müzakirələrdən sonra Milli Məclis sədrinin müavini Bahar Muradova parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar layihəsini oxuyub.


Layihə səsə qoyularaq qəbul edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti