Xəzər Xəbər

Bakıda kafedə silahlı insident – BİR NƏFƏR GÜLLƏLƏNDİ

Hadisə | 14:07 • 2 Dekabr 2019
Bakıda kafedə silahlı insident

Bakıda güllələnmə hadisəsi baş verib.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 30-da saat 1 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən kafelərin birində 2 nəfər xuliqanlıq zəminində odlu silahdan açdıqları atəşlə Bakı şəhər sakini F.Zeynalovun əl nahiyəsinə xəsarət yetiriblər.

Xəsarət almış F.Zeynalova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən paytaxt sakinləri O.Quliyev və E.Babayev saxlanılıblar. E.Babayevdən cinayətdə istifadə etdiyi "Winchester” markalı tüfəng götürülüb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti