Xəzər Xəbər

"Ballon d'Or"un sahibi müəyyənləşir

İdman | 13:40 • 2 Dekabr 2019
"Ballon d'Or"un sahibi müəyyənləşir

"France Football" nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən"Ballon d'Or" mükafatının bu ilki sahibi bu gün müəyyənləşəcək.

Dünya futbolunun ən prestijli mükafatlarından olan"Ballon d'Or"u ötən il qazanan Luka Modriç Ronaldo ilə Messinin 10 illik hegemonluğuna son qoymuşdu.

2019-cu ilin"Ballon d'Or" mükafatının qalibi bu gün saat 20:00-da baş tutacaq mərasimdə müəyyənləşəcək.

İlin futbolçusu seçilməyə son 3 namizəd Lionel Messi ("Barselona"), Kriştiano Ronaldo ("Yuventus") və Vircil van Daykdır ("Liverpul").

Mükafatı Ronaldo və ya Messi qazanarsa, bu halda biri digərini"Ballon d'Or" sayında üstələyəcək. Hazırda hər 2 futbolçunun hesabında 5 analoji mükafat var.

Image result for Ballon d'Or 2019: Ne zaman açıklanacak? Adaylar kimler? Hangi kanalda, saat kaçta?

Parisin "Teatr ve Opera Binası"nda keçirilən mərasim "France Football"un internet saytı və sosial media hesablarından canlı yayımlanacaq.

Xəbər lenti