Xəzər Xəbər

Necati Şaşmaz həyat yoldaşının iddialarına cavab verdi Amerikada qadınla…

Şou Biznes | 12:27 • 2 Dekabr 2019
Necati Şaşmaz həyat yoldaşının iddialarına cavab verdi

Türkiyəli məşhur aktyor Necati Şaşmaz həyat yoldaşı Nagehan Şaşmazın onun haqqında səsləndirdiyi iddialara cavab verib.

Necati Şaşmaz həyat yoldaşının "Amerikada Kleyr adlı xanımla evlidir” iddialarını rədd edib. "Kurtlar Vadisi” serailında Polat Alemdar obrazı ilə məşhurlaşan aktyor vəkili Altın Mimir vasitəsilə yayılan xəbərləri yalanlayıb.

O, 2001-ci ildə Kleyrdən boşandığını sənəd vasitəsilə sübut edib.

Qeyd edək ki, Necati Şaşmaz 2012-ci ildə Nagehan Şaşmaz ilə ailə qurub. Cütlüyün iki övladı var.

teleqraf

Xəbər lenti