Xəzər Xəbər

Hitlerin doğulduğu bina polis bölməsinə çevriləcək

Dünya | 15:03 • 20 Noyabr 2019
Hitlerin doğulduğu bina polis bölməsinə çevriləcək

Adolf Hitlerin Avstriyada anadan olduğu bina polis bölməsinə çevriləcək.


APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Avstriya Daxili İşlər Naziri Volfqanq Pesçorn deyib.


O bildirib ki, bu addım əmlakın nasizmi xatırlatmamağı üçün atılıb.


Hökumət sağçıların ziyarətini dayandırmaq üçün uzun illər bu binanı keçmiş sahibindən icarəyə götürüb. 2014-cü ildə hökumətin bu binanı qaçqınlar üçün mərkəzə çevirmək planı isə nəticəsiz qalıb.


2016-cı ildə hökumət 810 min avro ödəyərək binanı almaq məcburiyyətində qalıb.


Bəziləri bu binanın sökülməsini dəstəkləsə də, binanın xeyriyyə işində və ya barışıq evi olaraq istifadə edilməsi ideyasını dəstəkləyənlər də olub.


Qeyd edək ki, Adolf Hitler 1889-cu ilin 20 aprelində Avstriyanın Braunau am İnn qəsəbəsində anadan olub. Ailə bölgədəki başqa bir ünvana köçməzdən əvvəl bir neçə həftə XVII əsrə aid olan bu binada yaşayıb. Hitlerin 3 yaşı olanda isə ailə qəsəbəni tərk edib.

Xəbər lenti