Xəzər Xəbər

Hirkan Milli Parkında bəbirlər çoxalıb Daha altı bəbirin şəkli çəkildi - VİDEO

Veb TV | 20:13 • 17 Noyabr 2019
Hirkan Milli Parkında bəbirlər çoxalıb

Hirkan Milli Parkında bəbirlərin populuyasiyasının və onlara nəzarətin gücləndirilməsi məqsəd ilə ağaclara quraşdırılmış kameralar maraqlı görüntülər qeydə alıb.Fototələlərə ölkəmizin 2 meşəlik ərazisində yaşayan bəbirlərin video və foto görüntülərini çəkib. Fototələlərin yaddaşına 6 bəbirin görüntüsü düşüb.

Bir vaxtlar nadir hallarda görünən bəbirlərin sayı indi çoxalıb.

Hirkan Milli Parkın ərazsisində bir müddət öncə ağaclar üzərində quraşdırlımş fototələlər bəbirlər barəsində daha geniş məlumatlar verib. Əldə olunan görüntülərdə bəbirlərin sayının ötən illərlə müqayisdə xeyli artığı məlum olub.

40 350 hektarlıq ərazini əhatə edən Hirkan Milli Parkında Bəbirlər əvvəllər nadir hallarda görünüb. Elə buna görə də onların dəqiq sayı və yem bazası barəsində müfəssəl məlumat əldə etmək əvvəllər çox çətin idi. Lakin son texnoloji avadanlıqlar bu çətinlikləri artıq tamamilə aradan qaldırıb.

Müşahidələrə əsasən bəbirlərin sayının artaraq 6 -ya çatdığı məlum olub.Astaranın Şindan və Lənkəranın Haftoni meşəbəyliklərindəki, keçid yollar üzərində ağaclara bərkidilmiş fototələnin köməyi ilə meşəlik ərazidə bəbirlərlə yanaşı digər heyvanlara da rast gəlinib.

Qeyd edək ki, milli parkda ağaclar üzərinə quraşdırılan sensorlu kameralar yalnız heyvanlar onun qarşısından keçərkən işə düşür. GPS vastəsi ilə idarə oluna bilən bu qurğuların yaddaş kartları ayda bir dəfə olmaqla yoxlanılır.

Xəbər lenti