Xəzər Xəbər

2020-ci ildə sosial sahəyə daha böyük həcmdə vəsait ayrılacaq VİDEO

Veb TV | 19:42 • 13 Noyabr 2019
2020-ci ildə sosial sahəyə daha böyük həcmdə vəsait ayrılacaq

2020-ci ildə sosial müdafiəyə böyük həcmdə vəsaitlər ayrılıb. Sevindirici haldır ki, bu vəsaitlərin önəmli bir hissəsi sosial müdafiə fondunun yığımlarının hesabına təmin ediləcək. Bunu Milli Məclisdə büdcə müzakirələrində çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli də gələn ilin büdcəsinin sosial büdcə olduğunu və bunun rəqəmlərdə öz təsdiqini tapdığını deyib.

Müzakirələrdə çıxış edən parlamentin vitse-spikeri Valeh Ələsgərov isə bildirib ki, hazırda ali təhsil müəssisələrinin ən böyük problemlərindən biri tələbələrin yataqxana ilə təmin edilməməsidir. Ancaq bu məsələ çox asanlıqla həll oluna bilər.

Millət vəkili Zahid Oruc isə hökumətdə yeni dövrün yeni çağırışlar gətirdiyini və şəffaflığın növbəti dönəmdə hökumətin əsas prioriteti olmasının vacibliyini vurğulayıb.

Onu da qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə birinci oxunuşdan keçib. Büdcə müzakirələri sabah da parlamentin plenar iclasında davam etdiriləcək.

Xəbər lenti