Xəzər Xəbər

Milli Məclisdə büdcə müzakirələri başladı VİDEO

Veb TV | 20:08 • 12 Noyabr 2019
Milli Məclisdə büdcə müzakirələri başladı

Gələn ilin büdcəsində sosial xərclər 10 milyard manatdan çoxdur. Bunu Milli Məclisdəki büdcə müzakirələrində maliyyə naziri Samir Şərifov açıqlayıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov isə sahibkarlar üçün yeni şəraitin yaradılacağını deyib və islahatların anonsunu verib.

Milli Məclisin plenar iclası 2020-ci ilin dövlət büdcəsinin müzakirələri ilə başladı. Növbəti ilin büdcəsi haqqında geniş məlumat verən maliyyə naziri Samir Şərifov bildirib ki, 2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 mlrd 533 mln manat səviyyəsində proqnozlaşdırılır. İcmal büdcə xərclərinin yuxarı həddi 29 mlrd 488 mln manat olacaq ki, bu da 2019 illə müqayisədə 2 mlrd 117 mln manat və ya 7,7% çoxdur. Nazir bir sıra sahələrdə gələn ilin büdcəsində daha çox vəsaitin ayrıldığını, sosial xərclərin daha böyük həcmdə olduğunu vurğulayıb.

Sonra çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov gələn il ölkə iqtisadiyyatında artım proqnozlarını açıqlayıb. Nazirin sözlərinə görə 2020-ci ildə Azərbaycanda ÜDM-nin 2020-ci ildə 3 faiz, növbəti illərdə orta hesabla 3.3 faiz artacağı, habelə növbəti il üçün inflyasiyanın 4.6 faiz, sonrakı üç il üçün isə 4 faiz ətrafında olacağı gözlənilir. Nazirin iqtisadiyyatın əsas aparıcısı qüvvəsi olan sahibkarlara dövlət tərəfindən lazımı dəstəyin veriləcəyini və sahibkarlığa maneə yaradan halların aradan qaldırılacağını açıqlayaraq bu sahədə gələcək islahatların anonsunu verib.

Daha sonra çıxış edən Hesablama palatasının sədri Vüqar Gülməmmədov gələn ilin dövlət büdcəsi üçün risk yarada biləcək amilləri açıqlayıb. Burda neftin qiymətinin dəyişkənliyi və dövlət müəssisələrinin borclanması kimi məqamlar da öz əksini tapıb.

Çıxışlardan sonra millət vəkilləri büdcə layihəsinə münasibət bildiriblər. Onu da qeyd edək ki, milli məclisin plenar iclaslarında büdcə müzakirələri 3 gün davam edəcək.

Xəbər lenti