Xəzər Xəbər

Şəmkirdə bu evlərə işıq çəkilmir VİDEO

Veb TV | 18:42 • 11 Noyabr 2019
Şəmkirdə bu evlərə işıq çəkilmir

Şəmkirdə yeni yaşayış məhəlləsinin sakinləri tikdikləri evlərə işıq çəkdirə bilmirlər. Yaxınlıqda yerləşən evlərin elektrik enerjisi ilə təchiz olunmasına baxmayaraq, sakinlərin "Azərişıq"ın yerli qurumlarına müraciəti müsbət nəticə vermir. Onların Asan Xidmət-ə müracitləri də hələ ki, cavabsız qalıb.

Torpaq sahələrini aldılar, evlərini tikdilər. Ancaq evlərə işıq çəkilmədiyindən yaşamaq müşkülə çevrilib.

Bir çox sakin işıqla bağlı problem səbəbindən hələ də evlərinə köçə bilmir.

Maraqlıdır ki, yeni evlərin hamısına qaz xətti çəkilib. Yaxınlıqdakı evlərə isə işıq da verilib.

Məsələ ilə bağlı "Azərişıq" ASC-nin Şəmkir İdarəetmə və Nəzarət Mərkəzindən bildirdilər ki, yeni evlərə elektrik xətlərinin çəkilməsi onların nəzarətində deyil və sakinlər bununla bağlı Asan Xidmət mərkəzlərinə müraciət etməlidirlər. Məsələ ilə bağlı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agntliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, qurum yalnız sənədləşmə işlərini aparırlar. Elektrik enerjisinin verilməsi və digər bu kimi xidmətləri "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti göstərir.

Xəbər lenti