Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefonda müzakirə aparacaq.
TASS xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.
Türkiyə mətbuatının xəbərinə görə, Ərdoğan daha əvvəl Putinlə noyabrın 9-da telefon danışıqları aparacağını söyləmişdi.
Görüşün gündəmi Suriya böhranı olacaq.
Qeyd edək ki, Ərdoğan 13 noyabrda Vaşinqtona dəvətlidir./publika.az