Xəzər Xəbər

Bu məşhuru da “Betmen”də görəcəyik

Şou Biznes | 15:52 • 7 Noyabr 2019
Bu məşhuru da “Betmen”də görəcəyik

"Warner Brothers”lentə aldığı məşhur "Betmen” filminə çəkiləndaha bir Hollivud aktyorunun adını açıqlayıb.

Met Rivzin rejissorluğu altında lentə alınan ekran əsərində "Betmen”in ən qatı düşməni"Pinqvin”i dünyaca məşhur ulduz Kolin Farrell canlandıracaq.

"Variety”nin yaydığı məlumata görə, aktyorla müqavilə hələ imzalanmayıb, amma onun həmin rola təyin olunması həll olunmuş məsələdir.

Filmdə Bryus Uaynenin köməkçisini Endi Serkisin canlandırdığı məlum olub. Qeyd edək ki, "Betmen” filmi 2021-ci ilin iyunun 25-də işıq üzü görəcək. Öncə filmin rejissoru və biznesmen Brüs Veyn (Betmen maskası altında gizlənir) rolunun ifaçısı Ben Afflek olmalı idi. Lakin 2017-ci ildə o, işdən imtina etdiyi üçün filmin rejissorluğu Mett Rivzə həvalə edildi./oxu.az

Xəbər lenti