Xəzər Xəbər

Şeyma Subaşı canlı yayımda BİABIR OLDU - VİDEO

Veb TV | 10:26 • 23 Oktyabr 2019
Şeyma Subaşı canlı yayımda

Keçmiş həyat yoldaşı, Tv8 kanalının direktoru Acun Ilıcalına mesaj yazan Şeyma Subaşı "naqolay" vəziyyətlə üzləşib.

Türkiyə mətbuatı  xəbər verir ki, aparıcı bu gün "Gel konuşalım” proqramında qonaq olarkən izləyicilərə telefonunda "O Səs” yarışmasındakı çıxışlardan birini izlətdirib. Bu zaman aparıcı gözlənilməz hadisə ilə qarşılaşıb. Belə ki, məşhurun keçmiş həyat yoldaşı Şeyma Subaşı ona vatsapda mesaj yazıb. Acun telefonu dərhal çəksə də, blogerin yazdığı sözlər ekranda da göstərilib:

"Acun, salam. Nə vaxt görüşə bilərik? Tarixlər barədə danışmalıyıq. Mayami hoteli və pulla bağlı başqa bir şey danışacam”.

Bu kadrlar tvitterdə müzakirə mövzusuna çevrilib.

"Unutmayaq ki, Acunla bir övladımız var. Bizim müzakirə etdiyimiz bir çox maddi və mənəvi hadisələr var. Onlardan biri də canlı yayımda göstərildi. Bu da mənim qismətim, nə deyək? Xahiş edirəm, mövzunu başqa yerlərə yozmayın”, - deyə Şeyma instaqramda video açıqlama yayıb.

publika.az

Xəbər lenti