Xəzər Xəbər

Sabunçuda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Hadisə | 15:48 • 19 Oktyabr 2019
Sabunçuda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, rayonun Zabrat qəsəbəsi ərazisində yolu keçən paytaxt sakini İsminaz Kərimovanı Bakı şəhər sakini O.Mehdiyev idarə etdiyi "Opel” markalı avtomobillə vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.


Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti