Xəzər Xəbər

Milli Məclisdə “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dinləmələr keçirilib VİDEO

Veb TV | 18:55 • 15 Oktyabr 2019
Milli Məclisdə “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dinləmələr keçirilib

Milli Məclisdə ''Qarabağ Azərbaycandır'' mövzusunda dinləmələr keçirlib.

Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli Qarabağ həqiqətlərinin bütün dünyada tanıdılması üçün vəsait ayrılmasının vacibliyinə diqqət çəkib. Fərhad Bədəlbəyli millət vəkillərini Maliyyə Nazirliyinə təzyiq göstərməyə çağırıb.

Millət vəkili Asim Mollazadə isə qeyd edib ki, ermənilərin Yerevanda faşistlərə xidmət etmiş Qaregin Njdeyə heykəl qoymaları onların da ruhunda faşizmin olduğunu göstərir.Asim Mollazadə vurğulayıb ki, işğal zamanı azərbaycanlılara qarşı tətbiq edilən zorakılıqları yalnız ruhunda faşizm olanlar edə bilərdilər.

Millət vəkili Səməd Seyidov çıxışı zamanı vurğulayıb ki, dövlət başçısı VALDAY diskussiya klubundakı ''Qarabağ Azərbaycandır'' deməklə cəmiyyətə önəmli mesaj verib

Millət vəkili Aqil Abbas maraqlı təkliflə çıxış edib. Deputat bildirib ki,"Dagliq Qarabag bölgəsinin Azərbaycanli icmasi Azərbaycandan kənara çixmalıdır. Bunun üçün vəsait məsələsinə ciddi diqqət yetirmək lazımdır.''Ermənilər hər yerdə nümayəndəlik açırlar. Biz də qarabağ icmasina dəstək verməliyik. Niyə görə qarabağ icmasının Berlində, Parisdə nümayəndəsi olmasin? Buna maliyyə dəstəyi vermək üçün fond yaradılsın və biz hamımız o fonda dəstək göstərək"-deyə millət vəkili əlavə edib.

 

Xəbər lenti