Xəzər Xəbər

Suriyaya yaxın məktəblərdə tətil elan edildi VİDEO

Veb TV | 10:55 • 10 Oktyabr 2019
Suriyaya yaxın məktəblərdə tətil elan edildi

Türkiyənin Şanlıurfa şəhərinin Suriya sərhədinə yaxın dörd rayonunda yerləşən məktəblərdə iki günlük tətil elan edilib.

Tətil Şanlıurfanın Akçakale, Ceylanpınar və Suruç rayonlarında yerləşən bütün məktəblərə, Birecik rayonunun isə sərhədə daha yaxın olan təhsil ocaqlarına şamil olunub.

Qeyd edək ki, təhsilə ara verilən məktəblər Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya ərazisində başladılan "Barış pınarı” antiterror əməliyyatının aparıldığı bölgəyə yaxın ərazilərdə yerləşir.

 

Xəbər lenti