Xəzər Xəbər

Obrazı gerçək oldu Özündən 48 yaş böyük kişiyə ərə getdi - FOTO

Şou Biznes | 10:24 • 9 Oktyabr 2019
Obrazı gerçək oldu

32 yaşlı türkiyəli aktrisa Meltem Miraloğlu ailə qurub.

"Hayat devam ediyor” serialında qoca kişiyə zorla ərə verilən yeniyetmə obrazını canlandıran kino ulduzu eyni taleyi yaşayıb. Rolundan fərqli olaraq Meltem Miraloğlu öz istəyi ilə özündən 48 yaş böyük, 80 yaşlı amerikalı biznesmenə ərə gedib.

Evliliyini hər kəsdən gizlədən Meltemin toyu 10 gün əvvəl baş tutub.

Xatırladaq ki, 2016-cı ildə məşhur rejissor Tayfun Aydın ilə evlənən kino ulduzunun ailə həyatı cəmi bir il davam etmişdi.

Miraloğlu "Hayat devam ediyor" serialında 15 yaşında 70 yaşındakı bir kişi evlənməyə məcbur edilən qız obrazı ilə məşhurluq qazanıb./publika.az






Xəbər lenti

Çox oxunanlar