Xəzər Xəbər

Müəllimlər üçün stajkeçmə xidməti təşkil olunacaq - VİDEO

Veb TV | 20:00 • 21 Sentyabr 2019
Müəllimlər üçün stajkeçmə xidməti təşkil olunacaq -

Ümumtəhsil müəssisələrində müəllimlərin innovasiya və yeni texnologiyaların tədrisdə tətbiqi bacarıqları təkmilləşdiriləcək.

Xezerxeber.az-ın məlumatına görə, bu məqsədlə müəllimlər üçün stajkeçmə xidməti təşkil ediləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Lalə Qarayeva bildirib ki, stajkeçmə xidmətinə təmsil etdiyi qurumun tabeliyindəki 21 ümumtəhsil müəssisəsindən yüzlərlə müəllim qatılacaq.

Qeyd edək ki, stajkeçmə xidmətinə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən keçirilən İKT-dən istifadə üzrə təlimlərdə istirak edən müəllimlər qatılacaq.

Stajkeçə xidməti effekt versə, gələcəkdə digər müəllimlərin də qatılması nəzərdə tutula bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti