Xəzər Xəbər

Zaqatalada fındıq oğruları saxlanılıb - VİDEO

Veb TV | 19:12 • 21 Sentyabr 2019
Zaqatalada fındıq oğruları saxlanılıb -

Zaqatalada fındıq oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, əməliyyatı Zaqatala polisi keçirib.

Rayonun Qımır kənd sakini olan 2 nəfər polis şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, onlara məxsus evdən və həyətyanı sahədən ümumilikdə 9 kisə fındıq oğurlanıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluqları törədən şəxslərin Bəhmətli kənd sakini Qabil Arıxov və Bazar kənd sakini, əvvəllər də eyni maddə ilə məhkum olunmuş Elçin Hacıyev olduğu müəyyən edilib. Onların hər ikisi tutularaq istintaqa cəlb edilib.

Saxlanılan şəxslər oğurladıqları fındıları satdıqlarını, pulu da xərclədiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti