Xəzər Xəbər

2020-ci ilin büdcəsi: Nə, necə dəyişir? VİDEO

Veb TV | 20:33 • 16 Sentyabr 2019
2020-ci ilin büdcəsi: Nə, necə dəyişir?

Gələn ilin dövlət büdcəsinin göstəricilərinin əsas istiqamətləri bəlli olub…

2020-ci ildə Azərbaycan dövlət büdcəsinin xərcləri 25 milyard 617 milyon 700 min manat təşkil edəcək. 2019-cu illə müqayisədə bu göstərici 427,7 milyon manat çoxdur. Büdcənin ən önəmli göstəricilərindən biri isə budur ki, sosial yönümlü xərclərə gələn il daha çox vəsait ayrılacaq.

Gələn ilin dövlət büdcəsində əməkhaqlarının ödənilməsinə 6723,4 milyon manat, pensiya və sosial müavinətlərin ödənməsinə isə 3213,4 milyon manat ayrılması nəzərdə tutulub. Gələn ilin büdcəsində yer tutan sosial xərclərdən ən önəmlilərdən biri isə icbari tibbi sığorta üçün ayrılan vəsaitdir.

Dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu da 2019-cu ilin büdcəsinin gəlirlərindən 1 milyard 316 milyon manat, yaxud 5,7% çoxdur. Neft gəlirləri 13947,5 milyon manat, yaxud büdcənin 57%-i, qeyri-neft gəlirləri isə 10536,5 milyon manat, yaxud büdcənin 43% təşkil edəcək. Cari illə müqayisədə qeyri-neft gəlirlərinin səviyyəsi 1068,8 milyon manat, yaxud 11,3% çoxdur. Büdcə kəsiri 1133,7 milyon manat səviyyəsində proqnozlaşdırılır, bu da 2019-cu ilin analoji göstəricisindən 888,3 milyon manat, yaxud 43,9% azdır. Naxçıvan Muxtar Respublikasının büdcəsi 480,3 milyon manatdır. Bu da 2019-cu illə müqayisədə 96,6 milyon manat çoxdur.ESSS

Onu da qeyd edək ki, büdcədə neftin qiyməti isə 1 barelə görə 55 dollar hesabı ilə götürülüb. 2019-cu ilin dövlət büdcəsində isə neftin bir barrelinin dəyəri 60 dollar səviyyəsində göstərilmişdi.

" frameborder="0" allowfullscreen>

Xəbər lenti