Xəzər Xəbər

17 yaşlı qızı müdiri zorladı, ardınca ailəsi... Paytaxtda ŞOK OLAY

Hadisə | 14:07 • 16 Sentyabr 2019
17 yaşlı qızı müdiri zorladı, ardınca ailəsi...

Türkiyənin paytaxtı Ankara şəhərində tükürpədici hadisə baş verib.

Paytaxtın Gölbaşı rayonunda təcavüzə məruz qalan 17 yaşlı qızı ailəsi öldürmək istəyib.

Məlumata görə, Gölbaşı Təhlükəsizlik Müdirliyinə müraciət edən gənc qız Y.B. yeni iş yerinin sahibi tərəfindən ona spirtli içki verildiyini və huşunu itirdikdən sonra təcavüzə məruz qaldığını söyləyib. O, bu barədə kimsəyə danışmayıb.

Hadisədən xəbər tutmasından sonra isə anası, atası, dayısı və xalası tərəfindən döyüldüyünü və siçan zəhəri içirildiyini iddia edən Y.B. polisdən kömək istəyib. Onun işlədiyi yerin sahibi F.D. (32) həbs olunub. Y.B. yaşının az olması səbəbiylə Gölbaşı Sosial Xidmətlər Müdirliyi tərəfindən himayəyə götürülüb. Qızın ailəsi barəsində isə araşdırma başladılıb./publika.az

Xəbər lenti