Xəzər Xəbər

Mbappe "Real"la oyunu buraxacaq

İdman | 13:11 • 12 Sentyabr 2019
Mbappe "Real"la oyunu buraxacaq

PSJ-nin hücumçusu Kilian Mbappe qarşıdakı iki oyunda komandasına kömək etməyəcək.

"Le Parisien" xəbər verir ki, 20 yaşlı futbolçu Liqa 1-də "Strasburq", Çempionlar Liqasında "Real"la keçiriləcək oyunu buraxacaq.

"Tuluza" ilə matçda zədələnən gənc ulduz yüngül məşqlərə başlasa da,tam hazır deyil.

PSJ "Strasburq"la sentyabrın 14-ü, "Real"la isə bundan 4 gün sonra qarşılaşacaq.

Xəbər lenti