Xəzər Xəbər

Tələbə adı qazananların 5 faizi qeydiyyatdan keçməyib - RƏSMİ

Cəmiyyət | 17:33 • 11 Sentyabr 2019
Tələbə adı qazananların 5 faizi qeydiyyatdan keçməyib -

Bu il ali təhsil müəssisələrinə qəbul olunanların 95%-i qəbul olduqları təhsil müəssisələrində qeydiyyatdan keçiblər.


Bu barədə Dövlət İmtahan Mərkəzi APA-nın sorğusuna cavab olaraq bildirib.


Ali təhsil müəssisələrinə qəbulun I mərhələsi və boş qalan plan yerlərinə qeydiyyatdan keçənlərin sayı 41500-ə yaxındır. Universitetlərə qəbul olunanların təxminən 5%-i isə qeydiyyatdan keçməyib. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək isə abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri ali məktəbə göndərilmir.


Qeyd edək ki, I mərhələdən sonra ali təhsil müəssisələrinə 42062 nəfər (o cümlədən 3542 subbakalavr) qəbul olunub. İlk mərhələdən sonra qəbulolma faizi 88.06 olub. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə isə 1359 nəfər (o cümlədən 1232 nəfər subbakalavr) qəbul olunub. Nəticədə ali təhsil müəssisələrinə qəbulolma faizi artaraq 91.03 olub.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti