Xəzər Xəbər

Filippində mindən çox insan denge qızdırmasından ölüb

Dünya | 16:59 • 11 Sentyabr 2019
Filippində mindən çox insan denge qızdırmasından ölüb

Cari ilin əvvəlindən bəri Filippində denge qızdırmasından ölənlərin sayı min nəfəri ötüb.


Bu barədə ölkənin Filippin Səhiyyə nazirinin müavini Enrike Dominqo bildirib.


Onun sözlərinə görə, yanvarın 1-dən avqustun 24-dək olan müddətdə ölkədə denge virusuna 249 min yoluxma halı qeydə alınıb. Bunlardan 1021-i ölümlə nəticələnib. Epidemiya qurbanlarının təqribən 40 faizi 5-9 yaş arası uşaqlardır.


Məmur qeyd edib ki, Səhiyyə Nazirliyi qızdırmanın bütün ölkə ərazisində baş qaldırmasını avqustun 6-da elan edib. Onun sözlərinə görə, epidemik vəziyyət hələ nəzarətə alınmayıb. Mütəxəssislər yaxın aylarda yoluxmaların və ölüm hallarının artmaqda davam edəcəyini gözləyirlər. E.Dominqo əhalini daha ehtiyatlı olmağa və ağcaqanadlarla vaxtında mübarizə tədbirləri aparmağa çağırıb.

Xəbər lenti