Xəzər Xəbər

Yol polisi gücləndirilmiş iş rejimində işləyəcək

Cəmiyyət | 14:35 • 11 Sentyabr 2019
Yol polisi gücləndirilmiş iş rejimində işləyəcək

Yol polisinin əməkdaşları yeni dərs ilinin başlaması ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəklər.


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, yeni dərs ilinin başlaması ilə əlaqədar hər il olduğu kimi, bu il də ənənəvi olaraq təhlükəsizliyin təmin edilməsi ilə bağlı, xüsusilə məktəbyaşlı uşaqların yol qəza hadisələrindən həyat və sağlamlıqlarının qorunması, eləcədə yol hərəkəti qaydalarına dair onlara biliklərin veriləsi ilə əlaqədar sentyabrın 15-dən oktyabrın 15-dək "Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə artıq tədbirlər planı hazırlanıb. Yeni dərs ilinin başlaması ilə əlaqədar polis gücləndirilmiş iş rejimində xidmət edəcək. Təhsil müəssisələri, onlara bitişik küçə və yollar tərəfimizdən nəzarətə götürülməklə xidmət davam etdiriləcək. Eyni zamanda, təhsil müəssisələrinin ətrafında süni sıxlığın, tıxacların yaranmaması üçün həmin ərazilərdə əməkdaşlarımız xidmət aparacaq və dayanma-durma tələblərinin yerinə yetirilməsi ilə bağlı nəzarət gücləndiriləcək. Bununla əlaqədar avtomobillərin sahiblərindən, sürücülərdən xahiş edirik ki, təhsil müəssisələrinə bitişik küçə və yollar üzrə hərəkət edərkən yolların hərəkət hissəsində dayanıb azyaşlıların düşürüb mindirilməsinə diqqət yetirsinlər. Unutmayın ki, bir istiqamətli iki hərəkət zolağı olan avtomobil yolunda təxminən 30 saniyə dayanmaqla eyni istiqamət üzrə hərəkətdə olan 60-a yaxın nəqliyyat vasitəsinin sürücüsünün təxminən 7-10 dəqiqə ləngiməsi deməkdir. Ona görə də avtomobil sürücüləri və sahibləri təhsil müəssisələri istiqamətində hərəkət edərkən diqqətli olmalı və başqa hərəkət iştirakçılarını da düşünməlidir. Ən azından avtomobili olmayan və ictimai nəqliyyat vasitələri ilə hərəkət edən sərnişinlərin də belə məktəb istiqamətində və yaxud işə ləngiməmələri üçün bu tələblər mütləq yerinə yetirilməlidir.


"Yol hərəkəti qaydalarının öyrədilməsi, azyaşlı uşaqların həyat və sağlamlıqlarının yol qəza hadisələrindən qorunması ilə bağlı müəllimlərə və valideynlərə də müraciət edirik ki, sizdə ən azından yol hərəkət qaydalarına dair bildiklərinizi uşaqlara öyrədin. Unutmayaq ki, təhlükəsizliyin təmin edilməsi hər birimizdən asılıdır. Məlumat üçün bildirirəm ki, aparılan təhlillər onu deməyə əsas verir ki, süni sıxlığın, tıxacların yaranması təhsil müəssisələri və onlara bitişik ərazilərdə dayanma-durma tələblərinin düzgün yerinə yetirilməməsi ilə bağlıdır. Bu məqsədlə aparılan müşahidələrdə göstərir ki, bu ərazilərdə dayanma-durma tələbləri düzgün yerinə yetirilsə və əvvəlcədən sürücülər bunu düzgün nəzərə alıb təlimat üzrə hərəkət etsələr süni sıxlıqda yaşanmaz. Məsələ bundadır ki, bir çox sürücülər düz məktəbin qapısında avtomobili saxlamaqla uşağın minib düşməsini təmin edirlər. Buda həmin ərazilərdə sıxlığın yaranmasına səbəb olur”, - deyə V.Əsədov bildirib.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti