Xəzər Xəbər

Bakıda bazardakı yanğın söndürüldü VİDEO

Veb TV | 20:21 • 22 Avqust 2019
Bakıda bazardakı yanğın söndürüldü

Paytaxtda güclü yanğın olub

Yanğın günorta saat 15 radələrində Nərimanov rayonu, ''Baksol yolu'' adlanan ərazinin yaxınlığındakı tikinti materialları bazarında başlayıb

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, eləcə də Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyəv də hadisə yerinə gəlib.

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev bildirib ki, yanğın geniş ərazini əhatə edib. O, yanğın hansı səbəbdən baş verdiyinin araşdırıldığını əlavə edib.

Yanğın nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan 5-i fövqəladə hallar nazirliyinin əməkdaşıdır. "Onlardan 3-nə yerində ilkin tibbi yardim göstərilib. Digər 2 nəfər və 1 adi vətəndaş xəstəxanaya yerləşdirilib".Ümumilikdə yanğın baş verən əraziyə 10 təcili tibbi yardım briqadası göndərilib.

Üç saatdan çox davam edən yanğın tam söndürülüb və yayılma təhlükəsi yoxdur.

Xəbər lenti