Xəzər Xəbər

Goranboy və Biləsuvarda iki piyada öldürülüb - VİDEO

Veb TV | 19:26 • 19 Avqust 2019
Goranboy və Biləsuvarda iki piyada öldürülüb -

Goranboyda yolu keçən 19 yaşlı gənci avtomobil vuraraq öldürüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının rayonun Goran qəsəbəsindən keçən hissəsində baş verib. 2000-ci il təvəllüdlü Qiyas Məmmədov magistral yolun digər tərəfinə keçən zaman avtomobil onu vurub. Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırlıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Biləsuvarda da piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Zəhmətabad kənd sakini, 55 yaşlı Fəxrəddin Cəfərov yolu keçmək istəyən zaman onu avtomobil vurub. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti