Xəzər Xəbər

Atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnir - REYD - VİDEO

Veb TV | 19:30 • 14 Avqust 2019
Atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnir -

Yol polisi tərəfindən ölkə ərazisində "Təmiz hava" aylığı çərçivəsində reydlər davam etdirilir. Reyddə əsas məqsəd avtomobillərdən çıxan zəhərli maddələrlə havanın çirklənməsinin qarşısını almaqdır.

Xezerxeber.az-ın məlumatına görə, bu gün Bakı-Sumqayıt yolu üzərində ''Saray'' postu kimi tanınan ərazidə yol polisləri gün boyu nəqliyyat vasitələrini saxlayaraq onları müayinə ediblər.

Polis əməkdaşları əsasən ''Jiquli'' markalı avtomobilləri saxlayıb, havaya buraxılan qazın faizini ölçüblər.

Qeyd edək ki, minik avtomobillərində bu göstərici 3 faizə qədər, yük avtomobillərində isə 2 faizə qədər olmalıdır. Bəzi sürücülər saxlanılarkən avtomobilində heç bir nasazlıq olmadığını iddia etsələr də, yoxlamalar tam əksini göstərib.

Postun komandiri Ürfət Şükürov deyib ki, məqsədləri təkcə sürücüləri cərimələmək yox, həmçinin onlara avtomobillərində baş verən nasazlığı aradan qaldırmaqla atmosferi qorumağı tapşırmaqdır. Reydlər avqustun 31-dək davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti