Xəzər Xəbər

Ət kəsim məntəqələrində dezinfeksiya işlərinə başlanılıb - VİDEO

Veb TV | 18:45 • 14 Avqust 2019
Ət kəsim məntəqələrində dezinfeksiya işlərinə başlanılıb -

Qurbanlıq heyvanların satışı və kəsimi aparılan yarmarkalarda ərazi tam təmizlənib.Təmizlik işləri aparıldıqdan sonra isə bu gün səhər saatlarından etibarən dezinfeksiya işlərinə başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Xətai rayonu ərazisində yerləşən yarmarkada səhər saatlarından etibarən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Bakı şəhər Baytarlıq İdarəsinin əməkdaşları dezinfeksiya işlərinə başlayıb.

Qeyd edək ki, dezinfeksiya işləri tək paytaxda deyil, həm də bölgələrdə də aparılır. Proses pulsuzdur.

Xatırladaq ki, Qurban bayramı günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün respublika üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi vətəndaşların ixtiyarına verilmişdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti