Xəzər Xəbər

Qarpızın sahələrdə qiyməti 7 qəpikdir - VİDEO

Veb TV | 19:59 • 13 Avqust 2019
Qarpızın sahələrdə qiyməti 7 qəpikdir -

Bu il qarpızın bol olması qiymətlərə də təsir göstərib.

Xezerxeber.az-ın məlumatına görə, hazırda Bərdə və ətraf rayonlarında qarpızın qiyməti xeyli ucuzlaşıb.

Bərdə sakinləri deyir ki, bu il daha çox qarpız əkilib. Nəticədə bol məhsul olub və qiymətlər aşagı düşüb. Ötən illə müqayisədə məhsul iki dəfə ucuzdur.

Digər rayonlarda qarpız mövsümü başa çatmaq üzrə olsa da, Bərdədə qarpız yığımı hələ davam edir. Qarpızın alqı-satqısı ilə məşğul olanlar yük maşınları ilə məhsulu xaricə aparırlar. Gürcüstan isə yeni bazardır.

Rayonda elə sahələr var ki, qarpızın yığımına təzə başlanılıb. Təsərrüfat sahibləri qiymətlərin bir neçə günə daha da ucuzlaşacağıni bildirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti