Xəzər Xəbər

Beyinə faydalı olan qidalar

Cəmiyyət | 21:14 • 20 İyul 2019
Beyinə faydalı olan qidalar

Araşdırmalar nəticəsində məlum olub ki, qidaların tərkibindəki maddələr orqanizmdəki hormonların səviyyəsini dəyişdirərək özümüzü xoşbəxt və ya kədərli hiss etməyimizə səbəb olur.


Xezerxeber.az tibbi saytlara istinadən xəbər verir ki, A, B, C vitaminləri və maqneziumla zəngin banan, eləcə də şəkər, limon, alma, üzüm turşuları, B qrupu vitaminləri və C vitamini ilə zəngin ananas beynin fəaliyyətini gücləndirir.


Şokolad sinir sistemini stimullaşdırır, yaddaşı yaxşılaşdırır, stressdən qurtulmağa, depressiyadan çıxmağa kömək edir. Əqli fəaliyyətin yaxşılaşdırılması üçün çox faydalıdır, beynin inkişafına müsbət təsir göstərir, serotoninin səviyyəsini artırdığı üçün xoşbəxtlik bəxş edir.


Qızıl balıq Omeqa-3-lə zəngin olduğuna görə faydalı qidalar sırasındadır.


Antioksidantlarla zəngin yerkökü depressiyaya qarşı təsir edir. Yağ turşuları ilə zəngin tərkibi özünü sağlam və rahat hiss etməsinə səbəb olur.


Vitaminlərlə zəngin cəfəri də beynin fəaliyyətinə müsbət təsir göstərir. O, orqanizmi toksinlərdən təmizləyir, yorğunluğu və halsızlığı aradan qaldırır.


Kartof, gül kələmi, portağal və yumurta da insan beyninin fəaliyyətinə müsbət təsir edən qidalar sayılır.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
380 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti