Xəzər Xəbər

Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlanıb

Cəmiyyət | 12:39 • 17 İyul 2019
Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə 2019-cu il iyulun 14-də keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.


DİM-dən xezerxeber.az-a bildirilib ki, imtahanda iştirak etmiş abituriyentlər imtahanın nəticələri və cavab kartının qrafik təsviri ilə Mərkəzin saytında tanış ola bilərlər.


Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.


İmtahanda iştirakı gözlənilən 1759 abituriyentdən 28-i imtahanda iştirak etməyib. Bir nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib.

Xəbər lenti