Xəzər Xəbər

Narkotik satışı ilə məşğul olan və silah-sursat saxlayan şəxslər saxlanılıb - VİDEO

Veb TV | 19:38 • 12 İyul 2019
Narkotik satışı ilə məşğul olan və silah-sursat saxlayan şəxslər saxlanılıb -

Bakıda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan və odlu silah-sursat saxlayan şəxslər saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Sabunçu polisinin keçirdiyi əməliyyat nəticəsində Bakıxanov qəsəbəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Asim Hüseynov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 11.5 qram narkotik vasitə heroin, habelə idarə etdiyi "Daevo" markalı avtomobildən 1 ədəd "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron, həçminin 1 ədəd bıçaq və 1 ədəd taxta dəyənək aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində aşkar edilən əşyaların ona məxsus olduğunu etiraf edib.

Polisin keçirdiyi digər bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş paytaxt sakini Vasif Abdulov saxlanılıb. Onun üzərindən 0,900 qram heroin aşkar edilib. Saxlanılan şəxsin avtomobilindən isə əlavə olaraq 31,119 qqram heroin, 29,450 qram metamfetamin, 1 ədəd "Toz-16" markal ov tüfəngi və 1 ədəd xəncər aşkar edilərək götürülüb.

Faktlarla bağlı toplanan materiallar əsasında Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işləri başlanılıb, araşdrımalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti