Xəzər Xəbər

Növbəti tədris ilinin başlanması və bitməsi tarixi məlum oldu - ƏMR

Cəmiyyət | 17:42 • 12 İyul 2019
Növbəti tədris ilinin başlanması və bitməsi tarixi məlum oldu -

Təhsil naziri Ceyhun Bayramov ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planlarının təsdiq edilməsi haqqında əmr imzalayıb.


Xezerxeber.az-ın xəbərinə görə, əmrə əsasən, 2019-2020-ci dərs ilində ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.


Əmrə müvafiq olaraq, dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun.

Xəbər lenti