Xəzər Xəbər

Polşalı tələbələr günəş enerjisi ilə işləyən pilotsuz uçan aparat hazırlayıblar

Texnologiya | 16:19 • 12 İyul 2019
Polşalı tələbələr günəş enerjisi ilə işləyən pilotsuz uçan aparat hazırlayıblar

Krakovdakı Dağ-mədən Akademiyasının tələbələri günəş enerjisi ilə işləyən pilotsuz uçan aparat hazırlayıblar.


Aparatın qanadları 4 metrdir və günəş batareyaları məhz bu hissələrdə yerləşdirilib. Çəkisi cəmi 5 kiloqram olan bu aparat hava şəraitindən asılı olaraq saatda 50 kilometr məsafəyə qədər sürət yığa bilir. Uçan aparatın üzərinə yerləşdirilmiş kameralar onun uçuş trayektoriyasını real rejimdə izləməyə imkan verir. (AZƏRTAC)

Xəbər lenti