Xəzər Xəbər

Ukrayna parlamenti pedofillərin kimyəvi axtalanmasına icazə verən qanun qəbul edib

Dünya | 21:05 • 11 İyul 2019
Ukrayna parlamenti pedofillərin kimyəvi axtalanmasına icazə verən qanun qəbul edib

Ukraynanın Ali Radası pedofillərin kimyəvi axtalanmasına icazə verən və seksual zəmində azyaşlılara qaşı cinayət tərədən şəxslərin reyestrinin tərtib edilməsi haqqında qanun qəbul edib.


AZƏRTAC Ukrayna KİV-nə istinadla xəbər verir ki, qanun kimyəvi axtalamanın 18-65 yaş arasında olan cinayətkarlara qarşı tətbiq edilməsini nəzərdə tutur. Bundan başqa, azyaşlıların zorlanmasına qarşı cinayət məsuliyyətinin artırılması da təklif olunur: Ukraynada bu cinayətə görə həbs cəzasını 12 ildən 15 ilə qaldırmaq istəyirlər.


Ukrayna parlamentinin deputatları bildiriblər ki, pedofillərin və zorlama cinayətləri törədənlərin kimyəvi axtalanması cəzası bir çox Avropa ölkələrində və Birləşmiş Ştatların bir çox ştatında tətbiq edilir. Eni zamanda, bu şəxslər haqqında məlumatlar ictimai reyestrə daxil olunur. Həmin sənədlərdə azyaşlıların zorlanması üzrə ən çox rezonans doğuran hallar yer alır. Lakin bu cür cinayətlər üçün ömürlük həbs cəzası nəzərdə tutulmayıb.


Ukrayna parlamentinin 247 üzvü qanunun lehinə səs verib. Sənəd ölkə Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Xəbər lenti