Xəzər Xəbər

Astara və Ağcabədi polisi narkotik aşkarlayıb - saxlanılanlar var - VİDEO

Veb TV | 19:58 • 11 İyul 2019
Astara və Ağcabədi polisi narkotik aşkarlayıb -

İran və Türkiyə vətəndaşları Azərbaycana narkotik keçriblər. Astara Rayon Polis Şöbəsinin əməkdaşları iki xarici ölkə vətəndaşını saxlayıb.

Xezerxeber.az-ın məlumatına görə, polis əməkdaşları daxil olmuş məlumat əsasında Astara şəhəri ərazisində Mərkəzi bazarın qarşısında İran vətəndaşı Reza Delaemilan və Türkiyə vətəndaşı Haydar Yaba saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Üzərinə keçirilən baxış zamanı hər ikisinin ayaqqabılarının alt hissəsində gizlədilmiş ümimilikdə 1 kiloqram 235 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ağcabədi polisi isə rayon sakininin evindən 10 kiloqramdan çox narkotik aşkar edib. Rayonun Avşar kənd sakini 49 yaşlı Mahir Rüstəmov saxlanılıb. Axtarış tədbirləri nəticəsində onun üzərindən təmiz çəkisi 0.473 qram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Mahir Rüstəmovun yaşadığı evinin həyatyanı torpaq sahəsindən 10 ədəd çətənə kolları və mənzilindən 10 kq 500 kq qurudulmuş marixuana aşkar edilərək götülüb.

Faktla bağlı cinayət işi başlanılıb, hazırda ibtidai istintaq davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti