Xəzər Xəbər

Krala ərə gedən model özəl foto paylaşdı

Dünya | 15:38 • 18 İyun 2019
Krala ərə gedən model özəl foto paylaşdı

"Miss Moskva-2015" Oksana Voyevodina keçmiş Malayziya kralı V Məhəmməd Fərisdən dünyaya gətirdiyi oğlunun fotosunu paylaşıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, o, şəkli öz "İnstagram" səhifəsində paylaşıb.

"Bizim həyatımız sevgi dolu, bu kiçik sevimli insanın dünyaya gəlişindən sonra dəyişdi", - yazan gənc ana əlavə edib ki, ailə və uşaq onun həyatının mənasına çevrilib.

Voyevodina bu paylaşımı 3 - ingilis, rus və malay dilində yazıb.

Uşaq mayın 21-də dünyaya gəlib: "Mən oğlumuza görə həyat yoldaşıma minnətdaram. İndi biz üç nəfərik. Tenku İsmayıl Leon Petra Bin Tenku Məhəmməd V Fəris Petra, çox sağ ol ki, bizim ailəni seçdin".

Xatırladaq ki, Moskva gözəli 2018-ci ilin noyabrında Malayziya kralı ilə ailə həyatı qurub. O islam dinini qəbul edib və adını Rihanna Petra olaraq dəyişdirib. Yanvar ayında onun həyat yoldaşı Kelantan sultanı titulunu saxlamaq şərtilə taxtdan imtina edib.

Bu Malayziya tarixində ilk hadisədir ki, kral vaxtından əvvəl idarəetmədən imtina edir. Onun səlahiyyətləri 2021-ci ilə qədər idi.

Xəbər lenti