Xəzər Xəbər

Paul Poqbaya fantastik təklif

İdman | 15:09 • 18 İyun 2019
Paul Poqbaya fantastik təklif

"Mançester Yunayted" yarımmüdafiəçisi Paul Poqbanı heyətində saxlamaq üçün hərəkətə keçib.


"Qırmızı-şeytanlar" fransalı yarımmüdafiəçinin maaşını artırmaq istəyir. Belə ki, klub rəhbərliyo "Real" və "Yuventus"un maraq dairəsində olan 26 yaşlı futbolçunun həftəlik 290 min funt-sterlinq (325 min avro) olan maaşını 500 min funt-sterlinqə (560 min avro) qaldırmaq niyyətindədi.


Poqba bu təkliflə razılaşsa, ildə 26 milyon funt-sterlinq (29 milyon avro) qazanacaq.


Qeyd edək ki, "Yuventus"dan "Mençester Yunayted"ə 105 milyon avroya transfer olunan Poqbanın klubla 2021-ci ilin yayınadək müqaviləsi var.


Fanat.Az

Xəbər lenti