Xəzər Xəbər

Bakıda qeyri-adi tərzdə kafe - Bu kafedə müştərilərdən çox pişiklər vaxt keçirir VİDEO

Veb TV | 20:45 • 17 İyun 2019
Bakıda qeyri-adi tərzdə kafe - Bu kafedə müştərilərdən çox pişiklər vaxt keçirir

Bəzisi yatır, bəzisi yem yeyir, bəzisi isə kafedəki müştərilərlə oynayır. Bakıda qeyri-adi tərzdə kafe açılıb. Bu kafedə müştərilərdən çox pişiklər vaxt keçirir.

Kafenin sahibi Əkbər Adıgözəlov deyir ki, pişiklərə böyük bir sevgisi var. Lakin evdə pişik saxlaya bilmədiyindən ağlına belə bir ideya gəlib.

Əkbər Adıgözəlov deyir ki, kafe açılandan sonra gözləmədikləri qədər maraqla qarşılanıb. Burda saatlarla pişiklərlə vaxt keçirənlər var. Kafenin əsas müştəriləri isə heyvansevərlərdi.

Əkbər Adıgözəlovun sözlərinə görə, burdakı pişiklər mütəmadi olaraq baytar nəzarətdən keçirilir və bütün gigiyenik tələblər gözlənilir.

Pişiklərin yemlənməsi üçün ayrıca yer ayrılsa da, kafenin istənilən yerində yatmaq və gəzmək onlara sərbəstdir.

Kafenin sahibi Əkbər Adıgözəlov deyir ki, kafeyə xüsusi cins olan pişikləri toplamağı düşünmür. Onun əsas məqsədi pişiklərə həm yuva tapmaq, həm də diqqəti sahibsiz heyvanlara yönəltməkdir.

Xəbər lenti