Xəzər Xəbər

Biləcəridə qəzalı vəziyyətə düşən məktəb sökülərək yenisi tikilir - VİDEO

Veb TV | 20:35 • 15 İyun 2019
Biləcəridə qəzalı vəziyyətə düşən məktəb sökülərək yenisi tikilir -

Bakıda qəzalı vəziyyətə düşən məktəb sökülərək yenisi tikilir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki Vüqar Əzizov adına 300 saylı tam orta məktəbdən gedir.

Həmin məktəbin əsas korpusu bir müddət əvvəl qəzalı vəziyyətə düşüb. Daha sonra həmin bina sökülüb. Hazırda 2400 kvadrat metrlik ərazidə yeni məktəb binasının tikintisi aparılır.

İş icraçısı Əlifşah Camayev deyir ki, məktəbin tikintisinə mart ayının 15-dən başlanılıb.

Məktəb tam şəkildə istilik sistemi ilə təchiz ediləcək. Həmçinin məktəbə yanğından mühafizə sistemi də quraşdırılır. 1-ci korpusda qız və oğlan şagirdlər üçün emalatxanalar da nəzərdə tutulub.

Tikinti işləri yekunlaşdıqdan sonra 2000 kvadrat ərazidə yaşıllıq zonası salınacaq və mini futbol stadionu tikiləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti