Xəzər Xəbər

Azərbaycanda ötən il 5 yaşına qədər ölən uşaqların sayı açıqlanıb

Cəmiyyət | 17:15 • 13 İyun 2019
Azərbaycanda ötən il 5 yaşına qədər ölən uşaqların sayı açıqlanıb

"Azərbaycanda 2018-ci ildə 5 yaşına qədər 1825 nəfər uşaq ölüb. Bu rəqəm ötən illərlə müqayisədə kifayət qədər aşağıdır”.


Bunu APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova deyib.


O bildirib ki, 2007-ci ildə 5 yaşına qədər 2351 nəfər uşaq ölüb.

A. Veysəlova qeyd edib ki, hamilələrin vaxtaşırı müayinədən keçməsi çox vacibdir: "Həm 1 yaşına qədər, həm də 5 yaşına qədər uşaqların ölümünə daha çox perinatal dövrdə meydana çıxan xəstəliklər səbəb olur. Ona görə hamilələrin həm hamiləlikdən əvvəl, həm də hamiləlik dövründə müayinədən keçməsi çox önəmlidir. Fəsadların qarşısı erkən alınarsa, uşaqlar da sağlam doğular. Kişiləri və qadınları öz reproduktiv sağlamlıqlarına daha çox diqqət ayırmağa çağırırıq. Onlar həkim-mütəxəssislərə müraciət etməkdən çəkinməməlidirlər”.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti