Xəzər Xəbər

Ürək xəstələri üçün ərik faydalı meyvədir

Cəmiyyət | 21:25 • 12 İyun 2019
Ürək xəstələri üçün ərik faydalı meyvədir

Əriyin əsas faydası meyvənin tərkibində xeyli miqdarda kalium olmasıdır ki, bu da damarların fəaliyyətinin yaxşılaşmasında və qan təzyiqinin normallaşdırılmasında əhəmiyyətli rol oynayır.


Xezerxeber.az "MedikForum”a istinadla xəbər verir ki, kardioloqlar ürək xəstəliklərindən əziyyət çəkən hər kəsə ərik yeməyi məsləhət görürlər. Ərik ürək-damar sistemini tonusda saxlayan və orqanizmi çoxsaylı xəstəliklərdən qoruyan kaliumla zənginliyinə görə meyvələr arasında "çempion”dur.


Həkimlər bildirirlər ki, əriyin tərkibində böyük miqdarda kalium duzları olduğu üçün, o, aritmiya zamanı müalicəvi effekt göstərir, həmçinin sidikqovucu xassəyə malikdir. Bu, hipertoniya və şişkinlik, o cümlədən böyrəklərlə bağlı xəstəliklər zamanı çox faydalıdır.


Ekspertlərin sözlərinə görə, kalium damarların vəziyyətini yaxşılaşdırır, orqanizmdən toksinlərin, o cümlədən zərərli xolesterinin çıxarılması prosesini fəallaşdırır. Bununla belə, ərik qurusunun (kuraqa) tərkibində kalium təzə meyvəyə nisbətən 5-6 dəfə çoxdur. Ərik qurusu pis qan dövranı, miasteniya, ürək ritminin pozulması zamanı əhval-ruhiyyənin yaxşılaşmasına kömək edir.


Əriyin daha bir dəyərli xassəsi onun lətində betakarotinin yüksək miqdarda olmasıdır. Tədqiqatlar göstərir ki, betakarotin təkcə ürək xəstəliklərinin deyil, həm də xərçəngin inkişafına effektli şəkildə maneə yaradır. Bundan başqa, əriyin tərkibində yüksək qatılıqlı flavonoidlər və C vitamini olduğuna görə o, distoniyadan əziyyət çəkən və bədənində qançırlar əmələ gəlməsinə meyilli olan xəstələr üçün də faydalıdır.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar